SON XƏBƏR

"Ali məktəb diplomlarının 40 faizi tələblərə cavab vermir" - Ekspert

Sentyabr 14
14:18 2018
"Qəbul qaydalarının dəyişdirilməsi xoş niyyətlə edilirsə alqış, yox əgər bunun arxasında hansısa pis niyyət dayanırsa buna qarğış".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Şahlar Əsgərov deyib. O, qəbul imtahanlarının birmərhələli sistemdən ikimərhələli sistemə keçirilməsinin doğru olmadığını bildirib:

"Mən güman edirəm ki, istənilən dövlət öz gəncinin qayğısına qalmalıdır. O cümlədən də bizim dövlət də qalır. Orta təhsil hər kəsə verilməlidir. Bu, gənclərin konstitusion hüququdur. İmtahanlar məsələsi isə sovetdən qalma bir şeydir. İnsanlar attestat alandan ali məktəbə qəbul ola bilməlidirlər. Mənim hamı tərəfindən tanınan bir fikrim var ki, universitetlər giriş qapısını geniş açmalı, çıxış qapısını daraltmalıdır. Biz imtahanı cəmiyyətə mütəxəssis təqdim edəndə keçirməliyik. Tutaq ki, tələbə Tibb Universitetini bitirib və ona dövlətin diplomu təqdim edilir. İmtahan o zaman keçirilməlidir.

İnstituta girmək üçün nə imtahan olmalıdır ki? Səbəb nədir?

Bütün dünya cəmiyyətləri bu gün ümumi orta təhsildən birbaşa ümumi ali təhsilə keçir. Bu isə o deməkdir ki, universiteti bitirən hər 100 gəncin 90-nı, 80-ni ali məktəblərdə, universitetlərdə oxumalıdır. Biz imtahan keçirəndə bunu 100-dən 20-yə endiririk. Niyə?!

Cənubi Koreyada hər 100 gəncin 95-ni ali məktəbə qəbul edirlər, biz də 85-ni götürək. Buna görə mən düşünürəm ki, təhsilə yeni konseptual baxışdan yanaşmaq lazımdır. 25 ildir bu siyasət aparılır, amma 1 addım olsun qabağa gedə bilmişikmi?! Yox. Çünki yanaşma səhvdir.

Liberal cəmiyyətdə saxta universitetlər də çoxdur. Mən həmişə dediyim fikri bir təkrar edirəm. Özəl universitetlər dövlət nişanlı diplomlar verməməlidir. Öz diplomunu verməlidir. Harvard ABŞ dövləti adından diplom vermir ki, Harvard Universiteti adından verir. Biz hamısına Təhsil Nazirliyinin dövlət gerbi ilə olan diplomunu veririk. Ona görə də verilən diplomların deyərdim 40 faizi tələbləri ödəmir. Bu isə Təhsil Nazirliyini işə qəbulda yenidən imtahan keçirməyə məcbur edir.

Ekspert imtahanların pullu edilməsinə də münasibət bildirib: "Ümumiyyətlə orta ümumitəhsillə bağlı bütün xərcləri dövlət öz üzərinə götürməlidir. Bu uşaqların ali məktəblərə girmək istəyi varsa, bu istəkdən süni şəkildə istifadə edib, hər yerdə bir imtahan, bir körpü tikməklə onları o körpüdən tullanmağa məcbur etməyə ehtiyac yoxdur. Əgər körpüdən atlayırlarsa bu, pulsuz edilməlidir. Təhsil, pul qazanılası yer deyil. Pul qazanmaq istəyən gedib biznes qursun, hipermarketlər yaratsın, zavodlar tikib qazansın, amma təhsildən, elmdən gəlir güdməsinlər".

Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook