SON XƏBƏR

Ali Məhkəmə Gözəl Bayramlının cəzasını azaldıb - Qərar

Noyabr 14
14:47 2018
Bu gün Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Report”un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook