SON XƏBƏR

Aleksandr Lukaşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Aprel 17
15:42 2017
Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkədə keçirilən referendumun uğurla başa çatması münasibətilə təbrik edib.
 
Axar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
"Konstitusiya reformuna "Hə” deməklə türk xalqı hazırkı hakimiyyətin dövlətdə iqtisadi artıma, siyasi stabilliyə və sülhə yönələn səylərini dəstəklədi. Ümid edirəm ki, referendumda qəbul edilən qərar Türkiyənin suverenliyi və müstəqilliyinin möhkəmlənməsinə kömək edəcək”, - məlumatda bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook