SON XƏBƏR

Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir-foto

May 24
14:48 2018
Albaniyanın paytaxtındakı Tirana Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfrans keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, konfransda universitetin tələbə və müəllim heyəti, Albaniya dövlət qurumlarının və Tiranadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasətindən, müasir Azərbaycan dövlətinin inkişafı, görülən işlər və dünyaya nümunə olan multikulturalizm ənənələrindən danışılıb. Həmçinin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan və alban xalqlarının keçdiyi dövlətçilik yolunun bənzərliyinə də toxunulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook