SON XƏBƏR

Aktauda Xəzər sammitinə hazırlıq gedir

Avqust 07
14:45 2018
Qazaxıstanın cənub-qərbindəki, Xəzər sahilindəki Aktau şəhərində xəzəryanı ölkələrin prezidentlərin avqustun 12-də keçiriləcək sammitinə hazırlıq gedir. Virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, sammitə hazırlıq çərçivəsində şəhərdə 2.3 milyon dollar dəyərində 7 milyondan çox gül əkilib. "Jasulan Flora” şirkətinin direktoru Jumaqul Omarov deyib ki, cəmi 25 addan çox gül əkilib, şəhər administrasiyası binasından "Caspian Rivera” otelinə gedən yol boyu, habelə "Renaissance” otelinin, stadionun, digər mərkəzi yerlərin ətrafı güllərlə bəzədilib.

"Ən mürəkkəb iş yol kənarı boyu gülləri əkməkdir. Biz qazmağa başlayanda qrunt əvəzinə tikinti zibilləri, daş-kəsəklə qarşılaşdıq. Cəmi 200 maşından çox zibil çıxarıb daşıdıq, yerinə torpaq doldurduq. Gül əkmək üçün yeddi vaqon alman və Litva torfu gətirildi. Bəzi çətin yerlərdə biz 10 dəfə təkrar gül əkməli olduq. Amma ümumi mənzərə pis alınmadı”-o deyib.

Sammitdə Xəzərin hüquqi statusuna dair sənədin imzalanması gözlənilir. Bu sənəd üzərində 25 ildir danışıqlar gedirdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook