SON XƏBƏR

AKP Kılıçdaroğlu ilə bağlı qərarını verdi

Dekabr 05
00:48 2017
Bundan sonra CHP-nin və bu partiyanın lideri Kamal Kılıçdaroğlunun iddia etdiyi heç bir şeyi müzakirə etməyəcəyik.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal deyib.
 
O, AKP-nin İdarə Heyətinin iclasından sonra belə qərarın verildiyini bildirib:
 
"CHP-nin açıqlayacağı sənədlər heç bir zaman bizim siyasətimizdə yer almayacaq. CHP beynəlxalq oyunun daxildəki əlaltısıdır”.
 
Qeyd edək ki, bir neçə gün əvvəl CHP sədri K. Kılıçdaroğlu partiya toplantısında Ərdoğan və yaxınlarının xaricdə müxtəlif hesablara qeyri-qanuni şəkildə külli miqdarda pul köçürdüyünü iddia etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook