SON XƏBƏR

Akif Səmədin 60 illik yubileyi keçiriləcək

İyul 19
00:24 2019
İyulun 21-i saat 16-da R.Behbudov adına Mahnı Teatrında tanınmış şair Akif Səmədin 60 illik yubileyi keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, Qazax Xeyriyyə Cəmiyyəti, Azərbaycan Yazıçılar Birliyi və "Sedet ART” Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, şairin qələm dostları, elm və mədəniyyət adamları, aşıqlar çıxış edəcək.

Xatırladaq ki, Akif Səməd daha çox xalq şeiri üslubunda yazıb yaradan, sağlığında ustadlaşan sənətkarlardan idi. Həm də mətbuatda publisistik yazılarla çıxış edirdi.

A.Səməd 2004-cü ildə 45 yaşında dünyasını dəyişib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook