SON XƏBƏR

Akif Nağıdan İqbal Ağazadəyə kəskin ifadələr: "Siyahı deputatı, saxta veteran, moşennik siyasətçi..."

Fevral 14
07:27 2020
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə dörd (33,35, 74, 80) Seçki Dairsənin nəticələri ləğv edildi.
 
Qlobal.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı feysbuk səhifəsində MSK-nın 35 saylı Xətai 3-cü Seçki Dairəsinin ləğvi ilə bağlı verdiyi qərara kəskin münasibət bildirib. 

Digər dairələrin ləğvinə haqq qazandıran təşkilat sədri deyib: "4 seçki dairəsində nəticələr ləğv olundu. Üçü haqqına ləğv olundu. Amma 35-ci dairədə Rauf Arifoğlu təmiz mübarizədə qalib gəlmişdi. Bu dairənin nəticələrinin ləğvini düzgün hesab etmək olmaz. Rauf bəyin təmiz qələbəsini əlindən almağa çalışırlar. Bu haqsızlığa yol vermək olmaz. Çox vaxt yalan doğrudan daha inandırıcı görünür".
 
Akif Nağı 35 saylı Xətai 3-cü seçki dairəsindən iddialı namizədlərdən olan "Ümid" partiyasının sədri iqbal Ağazadə haqqında sərt ifadələr səsləndirib: "Siyahı deputatı, saxta veteran, moşennik siyasətçi çox vaxt adamları asanlıqla aldada bilir. Rauf bəy həmişə olduğu kimi görünüb, göründüyü kimi olub. Bu gün də elədi. Xalqımız maskalıların maskasını cırmalıdır".
 
Təşkilat sədri sonda Rauf Arifoğlunun fəaliyyəti barədə yazaraq seçicilərin ona dəstək olmasını istəyib. 
 
"Mən həmişə haqqın yanında olmuşam. Bu gün də Rauf bəyin yanındayam. İnanıram ki, haqq yerini alacaq. Rauf bəy o boyda qəzet, sayt, telekanal yaradıb, yüzlərlə yüksək səviyyəli jurnalist yetişdirib, Qarabağ məsələsini daim gündəmdə saxlayıb, qəzetinin yarısını Qarabağa həsr edib. Boş-boş danışıb özündən qəhrəman düzəldən söyüd xarakterli "xadimlər" nə ediblər? Adamlara onların boş danışıqlarına görə deyil, işinə, fəaliyyətinin nəticələrinə görə qiymət verməyi bacarmalıyıq. Bacarmasaq, elə həmişə mənasız yalançıların dalınca gedəcəyik. İtin dalınca gedənin haraya gedib çıxdığı  məlumdu. Vətəndaşlarımızı düzgün yol seçməyə, doğru seçim etməyə çağırıram. Aydınlarımız da susmamalıdırlar".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook