SON XƏBƏR

Akademik Zərifə Əliyeva böyük insan, görkəmli elm xadimi, dəyərli pedaqoq idi

Aprel 27
11:23 2017
Kürdəmir rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə əvvəlcə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli çıxış edərək bildirib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alimin anadan olmasının 94-cü ildönümü nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da silsilə tədbirlərlə qeyd edilir, sonsuz məhəbbətlə anılır.
Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan natiq, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb.
 
Vurğulayıb ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifə açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
 
Mərkəzi xəstəxanasının baş həkimi Məhəmməd Musayev və başqaları tanınmış alim, böyük insan, görkəmli ictimai xadim, dəyərli pedaqoq, gözəl həyat yoldaşı və ana, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müasir gənclər üçün də bir örnək olduğunu qeyd edib, onun tibb sahəsindəki uğurlarından söz açıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook