SON XƏBƏR

Ailə TV və Citynet müştəriləri boğaza yığıb: Bu şirkətlər fırıldağın yolçusudur - Fakt

Fevral 27
11:13 2017
"Müştəri olaraq Ailə TV-dən şikayətim var. Nı müştəri xidməti müştəriyə sayğı göstərir, nədə Ailə TV bir həftə ərzində 5 şikayət zəngimə geri dönüş cavabı gəlir. İnternet sürəti 0.6-1 Mb/s düşüb, bu nə deməkdir? Müştəri xidmətinə edilən zənglərədə artıq cavab verilmir”.

Bu sözləri Mənsur Məmmədzadə yazıb. Müştəri Ailə TV-nin İptv xidmətindən də narazıdır: "Son 2 ayda əsəb və stressyaşamışıq. Bir proqrama düz zamanında baxmaq mümkün deyil.

Müştəri xidməti operatorları da yalandan başqa heç bir şey vƏd etmir. Bu gün düzələcək, sabah düzələcək, ortada isə bir iş yoxdur.

Anlamırlar ki, bir müştərinin xidmətdən imtinası 100 müştəri deməkdir. Tez bir zamanda internet və iptv də yaşanan problemin həll olunmasında yardımçı olmanızı ümid edirəm.

Ən azından tərəflər arasında imzalamış olduğumuz müqavilə öhdəliklərindən irəli gələn müştəri tələbimi irəli sürərək müqavilədəki kəmiyyət keyfiyyət tələbini istəməkdəyim. Müştərisinə hörmət göstərən, sloqan və müştəri çağrılarında Xidmət və keyfiyyəti ilə öndə olduğunu bildirən Ailə TV kampaniyası olaraq öhdəsindən gələcəyinizi təkəbbürlə olsada gözləməkdəyəm”.

İncə Əsgərova isə "Citynet”dən şikayətçidir: "Ayda 1 dəfə internet olmur. Adi günlərdə isə bir neçə saatlıq gedir.

Zəng elədiyimiz zaman isə"söndürün, yandırın” deyirlər. Halbuki ora zəng etməzdən əvvəl söndürüb yandıranda düzəlmir. Günahı bizim üstümüzə atırlar.

Bir gün internet olmayanda isətelefonları bağlı olur. WP nömrələrinə yazanda isə düzəldikdən sonra cavab yazırlar. Və saat 00:00 keçəndəya da ay tamam olanda interneti bağlayırlar. Həm ayda neçə saat internet vermirlər, həm də 00:00 olan kimi internet gedir”.

Qeyd edək ki, son dövrlər internet xidməti, müxtəlif provayderlər, kabel televiziya firmalarından ciddi şəkildə narazılıq var.

Necə ki mobil operator bazarında olan hegemon şirkələr abunəçilər aldadır, soyur, reklam kampaniyaları ilə konturunu mənimsəyir, eləcə də bu tip şəbəkələr də müştərilərin başına oyun açır. Dəfələrlə müştərilərin şikayətlərini işıqlandırmışıq, lakin narazılıq getdikcə böyüyür.(Regionxeberleri.com)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook