SON XƏBƏR

"Ailə tərbiyəsi mühitindən çıxmamış adam müdir işləyir" - deputat

Yanvar 04
12:24 2019
Azərbaycan rayonlarının 30 faizindən çoxunda məktəbəqədər təhsil müəssisəsi, uşaq bağçaları yoxdur. 

Bunu millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycanda uşaq bağçalarına, məktəbəqədər təhsil müəssisələrinə təyinatlara diqqət etmək lazımdır. 

"Çünki normal ailə düzəni olmayan insanların bura təyin olunması yolverilməzdir. Bir çox yerlərdə kimi gəldi işə götürürlər, bir uşaq tərbiyə etməmiş adam, ailə tərbiyəsi mühitindən çıxmamış adam müdirdir. Mən heç statistikanı demirəm, Azərbaycanın bütün bağçalarının siyahısını çıxarın, bu sahədə xeyli problem var.

Təbii ki, vicdanlı, təmiz, dürüst, bu işə fədakar yanaşan insanlar var. Amma çoxluq bu biri tərəfdədir. Bəs uşağı bu sistemə necə etibar etsinlər?

Digər tərəfdən, ümumiyyətlə, bir şeyi müəyyən etməliyik ki, təhsil sisteminin içində humanitar şöbələrin rolu nədir? Humanitar şöbələrin o qədər problemi var ki, onlar bağçanın, məktəbəqədər təhsil müəssisəsinin proqramını hazırlamaq imkanına malik deyillər.

Bu proqrama mütləq Təhsil Nazirliyinin özü cavabdeh olmalıdır”, - deyən millət vəkili bir daha uşaq bağçalarına müdir təyinatında, işə götürülmədə ciddi yanaşmaların olmasının vacibliyini sözlərinə əlavə edib. 
 
(Oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook