SON XƏBƏR

Aida İmanquliyevanın xatirəsi anıldı

Sentyabr 19
14:22 2017
Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Anım günü münasibətilə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivləri II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
 
Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı A.İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook