SON XƏBƏR

“AG Bank”ın ekstradisiya edilən vəzifəli şəxsi hakim qarşısına çıxarılır

Mart 04
10:49 2021
"AG Bank” ASC-nin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edilən şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Azər Paşayevin icraatındadır.

Cinayət işi üzrə təqsirləndirilən Həmidov Namiq Ramiz oğlu Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Respublikasının Baş Prokurorluğuna etdiyi sorğusunun təmin edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi karvanın müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

O, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İttihama əsasən, N.Həmidov 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib "AG Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqadarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Onunla birlikdə Ruslan Quliyev və Pərviz Fərzəliyevə də Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) ittiham verilib.

İş üzrə zərərçəkmiş qismində Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə "AG Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub və ləğvetmə mərhələsindədir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook