SON XƏBƏR

AFFA “Qarabağ” və “Qəbələ” klublarını cərimələyib

Aprel 11
19:27 2017
AFFA İntizam Komitəsi "Qarabağ” və "Qəbələ” klublarını cərimələyib.

Qlobal.Az AFFA-nın saytına istinadən xəbər verir ki, buna iki komanda arasında aprelin 9-da keçirilmiş Azərbaycan Premyer Liqasının XXV tur matçı başa çatdıqdan sonra baş verənlər səbəb olub.

Həm "Qarabağ”, həm də "Qəbələ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün onların klubları hərəyə 800 manat ziyana düşüb.

Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook