SON XƏBƏR

AFAD rəhbəri: "Azərbaycan ötən ilin 15 iyul hadisəsində Türkiyəyə böyük dəstək verdi"

İyul 14
00:05 2017
"Ötən il iyulun 15-də dövlət çevirilişinə cəhd zamanı Azərbaycan Türkiyənin yanında oldu".
 
"Report"un xəbərinə görə, bunu Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) rəisi Mehmet Halis Bilden deyib. O bildirib ki, Azərbaycan bu addımla türk xalqına, dövlətinə dəstəyini nümayiş etdirib: "Biz çətin anlarımızda qardaş Azərbaycan dövlətinin və xalqının hərtərəfli dəstəyini gördük. Hətta Azərbaycan mediası baş verən xain dövlət çevrilişinə həmin an reaksiya verərək, baş verənləri pislədi, türk xalqının və dövlətinin mövqeyini dəstəklədi. Media baş verən hadisələri obyektiv işıqlandırdı”.
 
AFAD rəisi xüsusi vurğulayıb ki, Türkiyə Azərbaycanla sıx əməkdaşlıq edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook