SON XƏBƏR

Adnan Oktarın verilişi dayandırıldı - "Kedicik"lər daha rəqs etməyəcək

Fevral 07
12:12 2018
Türkiyənin Televiziya və Radio Yayım Şurası (RTÜK) Adnan Oktarın müəmmalı verilişinin yayımının dayandırılması barədə qərar verib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK A9 telekanalında yayımlanan verilişi 5 dəfəlik dayandırıb və ən yüksək məbləğdə - 50 min dollar cərimələyib.

Qurum rəsmisi İsmet Demirdöğen mətbuata açıqlamasında yayımın qadınların istismar edilməsi səbəbindən dayandırıldığını söyləyib.

"Qadınların rəqs etdirilərək, oynadılaraq təhqir edildiyi görüntülər səbəbindən cəza verilib", - deyə o, bilidib.

Qeyd edək ki, bir müddət öncə A.Oktar ilə mübahisə yaşayan Dəyanət işləri başqanı Əli Ərbaş Oktarın ağlının yerində olmadığını iddia etmiş və kanalının bağlanması üçün RTÜK-ə müraciət etmişdi.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook