SON XƏBƏR

Adı qalmaqallı məsələlərdə hallanan məhkəmə sədri vəfat etdi

İyul 03
11:37 2017
Bu gün səhər saatlarında Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev qəfil vəfat edib.
 
Məhkəmə sədri səhər işə gəlmək üçün evdən çıxarkən halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və 59 yaşlı məhkəmə sədri vəfat edib.
İlkin məlumata görə, F.Əfəndiyev ürək tutmasından vəfat edib.
 
Qeyd edək ki, F.Əfəndiyev daha əvvəl Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi,
 
Mingəçevir şəhər Məhkəməsinin sədri vəzifələrini tutub. O, 2012-ci ildən Göyçay rayon Məhkəməsinin sədri idi.
 
Onu da qeyd edək ki, mətbuatda qalmaqallı məsələlərdə Fərhad Əfəndiyevin adına tez-tez rast gəlmək olurdu. (Lent.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook