Ağdaşda xanıma söz atan sabiq məmur döyüldü, gözünü çıxartdılar
İyun 02
02:16
2020
Ağdaş rayon Aşağı Ləki bələdiyyəsinin keçmiş sədri 64 yaşlı Vacib Həsənov döyülüb.
"SAVAŞ” yenisabah.az-a istinadla xəbər verir ki, sabiq bələdiyyə sədrinin vəziyyəti hazırda ağırdır.
Nəticədə keçmiş bələdiyyə sədrinin gözünün birinin görmə qabiliyyətini itirdiyi də bildirilir. Hazırda o, Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.
Dava zamanı Vacib Həsənovun üzərində bıçaq olub və ətrafına yığışan insanlara bıçaqla hücum etməyə cəhd edib.
Faktla bağlı Ağdaş rayon polis idarəsində V.Həsənov barəsində Cinayət Məcəlləsinin 228-ci (soyuq silah daşıma) maddəsi ilə cinayət iş başlanılıb. İstintaqın gedişatında əlavə xüsusatlar ortaya çıxarsa, ona yeni maddələrlə ittiham verilə bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər və bildirilib ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir.