Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü
Yanvar 27
15:34
2020
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununda daha bir xəstə ölüb.
Bakı sakini, 1951-ci il təvəllüdlü xanım (K.N) həmin xəstəxanada vəfat edib. Məsələ ilə bağlı APA-ya açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ölüm faktını təsdiqləyib və bildirib ki, sözügedən xəstə tibb müəssisəsinə çox ağır şəkildə gətirilib:
"Xəstə ötən ilin dekabr ayının 22-də xəstələnib, bir müddət evdə müalicə aldıqdan sonra bu il yanvarın 11-də ağciyərlərin xroniki obstruktivi və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya müraciət edib. Aparılan müalicələrə baxmayaraq, xəstə yanvarın 22-də vəfat edib”.
"Xəstələrə tərəfimizdən lazım olan bütün müalicələr təyin olunur. Buraya nisbətən daha ağır xəstələr göndərilir. Ağciyər xəstəlikləri ölüm səbəblərinə görə dünyada 3-cü yerdədir".
Qlobal.az