SON XƏBƏR

Abxaziya prezidenti və vitse-prezidenti istefa verdi

Yanvar 13
15:06 2020
Abxaziya parlamenti respublikanın prezidenti Raul Xadjimbanın istefasını məqbul sayıb. 

Qaynarinfo xəbər verir ki, prezidentin istefası parlamentin fövqəladə iclasında qəbul edilib.

Bundan əlavə, prezidentin saytında bildirilir ki, Abxaziyanın vitse-prezidenti Aslan Bartsits də istefa verib.

Qeyd edək ki bundan bir qədər əvvəl Raul Xadjimbanın respublikanın başçılığı üçün seçkilərdə iştirak etməyəcəyi məlum olub.

Prezident özü istefa ərizəsini təqdim etdikdən sonra millətə video müraciət yayımlayıb. Xadjimba onu dəstəkləyən hər kəsə təşəkkür edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook