SON XƏBƏR

Abşerondan Suraxanıya başçı müavini aparılan Fuad Cəbrayılovun təyinatı niyə gizli saxlanılır?

Fevral 24
05:57 2021
Zakir Fərəcovun "əvəzolunmaz kadrını", bəs, Əziz Əzizova nələr bağlayır?! 
 
Bir vaxtlar Abşeronda önəmli vəzifə postlarını tutan, hətta uzun müddət bu rayonun İcra Hakimiyyətində başçı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də ələ keçirməyi bacaran Fuad Cəbrayılovun, yüksək çinli bir dövlət məmuru kimi, adına çıxılan saysız-hesabsız qanunsuz əməlləri barədə ölkə mətbuatında, sosial mediada nələr yazılmayıb?! Elə, "Araz" Media Qrupundakı mətbu vasitələr, daha çox isə, araz.az xəbər portalı tərəfindən də, onun yerli əhalinin haqlı narazılıqlarına səbəb olan həmin xoşagəlməz əməlləri həmişə diqqətdə saxlanıb. Haqqında dərc olunan kəskin tənqidi xarakterli belə yazılardan sonra, bəd əməllərindən narazı insanların haqlı tələblərinin həllinin tapılacağına ümidləri yaranıb. Lakin Fuad Cəbrayılov ölkənin qanunlarını tanımamağa davam edərək, tutduğu vəzifə başında şəxsi maraqlarını ön plana çəkib, bunu daimi olaraq amalına çevirib.Konkret desək, Fuad Cəbrayılov tutduğu heç bir vəzifəyə layiq kadr olmayıb. Bunu hamı deyib, hətta media üzərindən aparılan adi bir araşdırmadan belə, bu, açıq-aydın görünüb. O, hətta tutduğu vəzifələrdə törətdiyi qanunsuz hərəkətlərə görə, dəfələrlə, həbs təhlükəsi ilə də üz-üzə qalıb. Di gəl ki, arxasında duranlar onu hər cür çirkabdan çıxara biliblər. Elə, Abşerondakı son DTX işi ilə bağlı, bir neçə gün davam edən ciddi yoxlamalar zamanı da, onun adı pis yöndən hallandırılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş həmin əməliyyat-axtarış tədbirləri nəticəsində isə, Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxsləri saxlanılıb. Düzdür, saxlanılan şəxslərdən ən yüksək vəzifədə olanı, rəsmi açıqlamaya görə, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev olub. Lakin mötəbər mənbələrdən ölkə mətbuatına sızdırılan məlumatlarda deyilib ki, onda, Akif Əliyevin qanunsuz əməlləri ilə şərik olan digər vəzifə sahibləri də həbs ediliblər. Elə, başçı müavini Fuad Cəbrayılov da, həbs edilənlər arasında olub.Abşeronun sabiq, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcov isə, özünün "sağ əli" kimi gündəmdən düşməyən Fuad Cəbrayılovu bu təhlükəli həbsdən də qurtara bilib. Çıxılmaz vəiyyətdə qaldığı üçün, ona işdən çıxması üçün ərizə yazmağı tövsiyyə edib və buradan qaçması tapşırığını verib. Vəziyyətin gərgin olduğunu görən Fuad Cəbrayılov da, ərizə yazaraq, səs-küysüz və gizli olaraq, başçı müavini vəzifəsindən gedib. O, bundan sonra, arxa-dayağı olan Zakir Fərəcova Suraxanıda işləmək istədiyində olduğunu və bu rayonun başçısı ilə, onun arasında, öncədən bir çox bağlılıqların mövcudluğunu bildirib. Elə, Zakir Fərəcovun razılığı ilə də, onun bu "əvəzolunmaz kadrına" Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sahib çıxıb.Dəhşət ondadır ki, Fuad Cəbrayılovun Abşeron rayonundan kənarlaşması kimi, Suraxanı rayonuna transferi və icra başçısının müavini təyin olunması da, indiyədək, gizli saxlanılıb. Ən maraqlısı isə odur ki, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında da müavin postu boş göstərilir. Bütün bunları, konkret desək, Fuad Cəbrayılovla bağlı bir çox məqamları, eləcə də onunla Əziz Əzizov arasındakı əlaqədə ölkənin məşhur əmlak kralları Arif Qaraşov -- Kərəm Həsənov faktorunun böyük rol oynadığını media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxardıq. Araşdırmalar zamanı və araz.az-a daxil olan digər iddialara görə, Fuad Cəbrayılovun Abşerondan Suraxanıya transferi hektarlarla torpaq sahəsinin iki rayon üzrə paylanışındakı maxinasiyalarla daha çox bağlı olub. Elə, bu yerdə, onu da qeyd etməyi vacib bildik ki, artıq Suraxanı rayon icra hakimiyyəti başçısının müavini postunda oturmasına baxmayaraq, Fuad Cəbrayılovun, bu günün özündə belə, Zakir Fərəcovun diqtəsi ilə oturub-durduğu deyilir. Çünki törətdiyi bütün maxinasiya əməllərinin dəstəkçisi bu arxa-dayağı olduğundan, onun hər sözünə can-başla əməl edir.Bəli, uzun müddət Abşeron rayonun tikinti, təhsil və bağça sektorunu tam nəzarətində saxlayan, etdikləri müqabilində burada ad çıxaran belə bir "əvəzolunmaz kadrın" bu yaxınlarda birdən-birə bu vəzifəsindən qeyb olması xəbəri, araz.az-ın onun bəd əməlləri barəsində yazan əməkdaşları üçün şok effekti yaratdı. "Nədən?! Bu müəmmanın arxasında hansı sirlər durur?!" -- deyə, bu dəfə bu yöndən apardıqları jurnalist araşdırmaları ilə, "meydana atıldılar". Elə, dərindən apardıqları həmin araşdırmalarını bu günlərdə başa çatdıraraq, hazırladıqları silsilə yazılarla da, bu sirri açmağa və Fuad Cəbrayılovun hansı əməl sahibi olduğunu üzə çıxarmağa çalışıblar. Bütün bunlar barədə növbəti yazılarımızda. Bizi izləyin...


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook