SON XƏBƏR

Abşeron Rayon məhkəməsinin hakimindən şikayət

Yanvar 11
11:03 2017
Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 122 ünvanında yaşayan Anar Ədalət oğlu Zeynalov tərəfindən prezident İlham Əliyevə ünvanlanmış müraciət daxil olub. Anar Zeynalov müraciətində Abşeron Rayon məhkəməsinin hakimi Sevinc Quliyevadan şikayət edir.

Müraciəti olduğu kimi təqdim edirik:

"Nəzərinizə çatdırmaq istərdim ki, mən II qrup əliləm, öhdəmdə bir azyaşlı övladım var. Qasımov Vüqar Vaqif oğlu məni bir mövzuda qərəzli şəkildə 12 dəfə dələduz adlandırıb. Halbuki mənim nə həmin tarixdən əvvələ, nə həmin tarixə, nədə ki bugünədək barəmdə dələduzluqla bağlı heç bir hökm olmayıb. Təqsirsizlik prezumsiyasına söykənərək mən Qasımov Vüqar Vaqif oğlunu Azərbaycan Respublikasının CM-nin 147.1,148-ci maddələrinə əsasən təqsirli hesab edib onun barəsində hökm çıxarılması üçün aidiyyəti üzrə, yəni Qasımov Vüqar Vaqif oğlunun qeydiyyatda olduğu Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm. Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva sanki Qasımov Vüqar Vaqif oğlunun hər vasitə ilə bu törətdiyi əməldən yayınmasına köməklik göstərir. Sevinc Quliyeva dəfələrlə mənim haqlı şikayətimin icraata qəbul edilməsindən imtina edir. Onun hər haqsız imtinasında mən Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Amma Sumqayıt Apelyasiya Məhkəməsi ilə Abşeron Rayon Məhkəməsi arasında futbol topuna dönürəm. Sevinc Quliyeva hər dəfə məni futbol topu hesab edərək Sumqayıt Apelyaiya Məhkəməsinə pas ötürür. Sevinc Quliyeva məni o qədər pas ötürüb ki, artıq II qrup əlil olaraq gözüm qaralır, başım gicəllənir!!! Sumqayıt Apelyasiya Məhkəməsinin hakimlərindən çox razıyam! Onlar haqq-ədalətin bərpa edilməsi üçün hər dəfə Sevinc Quliyevanın qərarının ləğv edərək şikayətimin təmin edilməsi üçün işi Abşeron Rayon Məhkməsinə göndərirlər. Lakin Sevinc Quliyeva yenə də öz əsassız, qərəzli mövqeyindən əl çəkmir!



Sonuncu dəfə Sumqayıt Apelyasiya Məhkəməsi 13.12.2016-cı il tarixdə, saat 15-00 da məhkəmə prosesi keçirərək işə baxıb və Sevinc Quliyevanın 27 sentyabr 2016-cı il tarixli qərarını ləğv edərək materialı yenidən Abşeron Rayon Məhkəməsinin baxışına qaytardı, Apelyasiya şikayətinin təmin edilməsini istədi. Lakin yenə də mənə qarşı qərəzli mövqe nümayiş etdirən Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva 29 sekabr 2016-cı il tarixli əsassız, qanunsuz qərar qəbul edərək təkrarən şikayətin icraata qəbul edilməsindən imtina etdi. 

 

Görəsən, bir əli yağda, bir əli balda olan, yüksək məvacib alan, hər bir sosial problemləri yüksək səviyyədə qarşılanan hörmətli Sevinc Quliyeva hər dəfə II qrup əlili, 55 manat sosial pensiya alan şəxsi Bakı-Beyləqan, Sumqayıt-Beyləqan yolunda əsir-yesirə çevirəndə nə düşünür?! Axı mənim sosial problemlərim Sevinc Quliyeva kimi yüksək səviyyədə qarşılanmır, həll edilmir!!! Artıq Sevinc Quliyevanın haqsız qərarlarından bezərək sözün əsl mənasında özümü öldürmək həddinə çatmışam! Sevinc Quliyevanın haqsız qərarından Abşeron Rayon Məhkəməsinin sədrinə şikayət etdikdə "bir təhər yola ver, düzələr" deyir! Görəsən necə və nə cür düzələcək?! Sevinc Quliyevaya "sizdən Azərbaycan Məhkməsi Hüquq Şurasına şikayət edəcəyəm" dedikdə məni həbslə hədələyir!

Odur ki, üzümü daim seçicisi olduğum möhtərəm cənab Preizdentimə və Məhkəmə Hüquq Şurasının sədrinə tutaraq sözügedən məhkəmə prosesinin nəzarətə götürülməsini, Sevinc Quliyeva barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edirəm.

Anar Ədalət oğlu Zeynalov 
Tel: 050-218-21-48"
 
(moderator.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook