SON XƏBƏR

ABŞ və Türkiyə arasındakı viza böhranı öncədən planlaşdırılmış işə oxşayır

Oktyabr 10
18:16 2017
ABŞ-ın Türkiyəyə qarşı viza üçün müraciətləri dondurma qərarının 3 günlük tətil olan Kolumb Gününə düşməsi, böhranın öncədən planlaşdırıldığı haqda müzakirələrə səbəb olub.

Avropa.info xəbər verir ki, ABŞ-ın İstanbul başkonsulluğunda çalışan Türkiyə vətəndaşı Mətin Topuzun FETÖ işində casusluq iddiası ilə həbs olunmasından 4 gün sonra, Birləşmiş Ştatların viza xidmətlərini dayandırmaq qərarına Ankaranın da mislləmə cavab verməsiylə münasibətlər daha da gərginləşib. Qərarın Kolumb Günü tətilinə düşməsi diqqət çəkib.

ABŞ-dakı bütün rəsmi dövlət qurumlarının bağlı olduğu vaxta verilən bu qərarın hazırlığının öncədən edildiyi bildirilir.

Tətili bəhanə edən ABŞ Dövlət Departamenti qərarın eıanından başqa heç bir açıqlama verməyib.

Türkiyənin "Hürriyyət” qəzetinin yazdığına görə, adının açıqlanmasını istəməyən amerikalı səlahiyyətli Türkiyə tərəfi ilə ABŞ səfirliyində çalışan əməkdaşların həbsinin ciddi nəticələrə gətirib çıxara biləcəyi haqda müzakirələr apardıqlarını deyib. Türkiyədən adının açıqlanmasını istəməyən səlahiyyətli isə "Bəli amerikalılar narahatlıqlarını ifadə edirdilər, lakin viza rejiminin dondurulması ilə bağlı heç bir müzakirəmiz olmayıb” deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook