SON XƏBƏR

ABŞ Ukraynaya hərbi yardımın həcmini artırmaq istəyir

İyul 08
09:37 2020
ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi hərbi büdcə layihəsində Ukraynaya ayrılacaq hərbi yardımın əlavə 25 milyon ABŞ dolları həcmində artırılmasını istəyib.

"Report” xəbər verir ki, bundan əvvəl hərbi yardımın 250 milyon ABŞ dolları olması istənilib.

Bununla da ABŞ hökuməti 2021-ci maliyyə ilində Ukraynaya 275 milyon ABŞ dolları məbləğində hərbi yardım ayıra bilər.

Qeyd edək ki, qanun layihəsi həm Nümayəndələr Palatasında, həm də Senatda qəbul edildikdən sonra imzalanması üçün dövlət başçısı Donald Trampa təqdim ediləcək.

ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.

Xatırladaq ki, ABŞ hökuməti 2020-ci maliyyə ilində Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardım ayırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook