SON XƏBƏR

ABŞ strateji neft ehtiyatlarını satacaq

Yanvar 10
12:54 2017
ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satmağı planlaşdırır. Fins.az-ın "İnterfax”-a istinadən verdiyi xəbərə görə, əldə olunan vəsait isə strateji neft anbarlarının və boru kəmərlərinin modernləşdirilməsinə yönəldiləcək.
 
ABŞ-ın Energetika Nazirliyi yanvarın 17-nə kimi neft alışına dair ərizələrin qəbulunu həyata keçirəcək. Tədarük isə mart və aprel aylarında baş tutacaq.
 
Bildirilir ki, növbəti 4 il ərzində ABŞ-ın strateji ehtiyatlarından ümumi dəyəri 2 mlrd. dollar təşkil edən yanacaq satışı həyata keçirilə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook