SON XƏBƏR

ABŞ ÜST-nin rəhbərliyini dəyişmək istəyir

Aprel 23
10:00 2020
ABŞ rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımının dayandırılmasından daha da irəli getməyə hazırdır.

"Report” xəbər verir ki, bu barədə "Fox News”a açıqlamasında ABŞ Dövlət katibi Maykl Pompeo deyib.

"ÜST-nin hazırkı rəhbərliyi Vaşinqtonun şikayətləri ilə bağlı məsələləri həll etmək iqtidarında deyil. Bəlkə də ABŞ-ın vergi ödəyicisi vəsaitlərinin ÜST-ə köçürülməsini bir daha imzalamayacaq. Daha da kardinal dəyişikliyə ehtiyacımız ola bilər” - Pompeo ÜST rəhbərliyindəki dəyişikliyə toxunaraq cavab verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırdığını bəyan edib. Tramp bu addımı təşkilatın pis idarə edilməsinə və koronavirusla bağlı yalan məlumatlar yaymasına görə atıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook