SON XƏBƏR

ABŞ Skripalın zəhərlənməsi ilə bağlı Rusiyaya sanksiya tətbiq edə bilər

Mart 16
05:39 2018
ABŞ Böyük Britaniyada Rusiya Hərbi Kəşfiyyatının keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsi olayı ilə bağlı Rusiyaya sanksiya tətbiq edə bilər.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin təmsilçisi Hizer Noyert deyib. O bildirib ki, söhbət Kimyəvi Silahların qadağan edilməsi haqda Konvensiyanın pozulmasından gedir.
 
Noyert həmçinin bu sui-qəsdin arxasında Rusiyanın dayandığı barədə səslənən fikirlərin həqiqət olduğunu vurğulayıb.
 
Qeyd edək ki, ötən gün 2016-cı ilə seçkilərinə müdaxiləyə görə ABŞ Maliyyə Nazirliyi Rusiyanın 14 şəxs və bir şirkətinə qarşı sanksiya tətbiq edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook