SON XƏBƏR

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

İyun 22
08:06 2017
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzadacağı barədə konqresi məlumatlandırıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumata görə, ABŞ-ın 2008-2016-cı illərdə rəsmi Pxenyana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq. Ötən ilin dekabrında ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var. Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, "Air Koryo” aviaşirkəti, "Koryo Bank” daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook