SON XƏBƏR

ABŞ senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təsdiqləyib

İyun 15
06:48 2017
ABŞ Senatı səs çoxluğu ilə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə qanun layihəsini təsdiqləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sənəddə prezident Donald Trampa Konqresin razılığı olmadan sanksiyaları yumşaltmaq və yaxud aradan qaldırmağa imkan verməyən müddəa yer alır.

Yeni sanksiyalar Rusiya banklarının bazar maliyyələşdirilməsinin maksimum müddətinin 14 günə qədər, neft-qaz şirkətlərinin isə 30 günə qədər azaldılmasını nəzərdə tutur.

Bundan sonra, qanun layihəsi Konqresin Nümayəndələr palatasının müzakirəsinə təqdim ediləcək və təsdiq olunduğu halda prezident tərəfindən imzalanması üçün Ağ Evə göndəriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook