SON XƏBƏR

ABŞ səfirliyi: Azərbaycanda viza prosedurları ilə bağlı heç bir dəyişiklik olmayıb

Mart 30
11:52 2017
Azərbaycan vətəndaşları üçün ABŞ-a getmək üçün viza alınması prosedurunda heç bir dəyişiklik olmayıb.
 
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən ABŞ prezidenti Donald Trampın Azərbaycan üçün viza rejiminin ləğvi haqqında sərəncam imzalamasıyla bağlı xarici sayta istinadən sosial şəbəkələrdə yayılmış informasiyanı şərh edərkən bildiriblər.
 
"ABŞ səfirliyi bu məlumatın yalan olduğunu təsdiq edə bilər. Azərbaycanda viza alınması prosedurlarında heç bir dəyişiklik baş verməyib", - səfirlikdən vurğulayıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook