SON XƏBƏR

ABŞ səfiri Trampa görə işdən çıxdı

İyun 06
16:21 2017
ABŞ-ın Çindəki səfirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Devid Renk istefaya gedib.

Bu barədə informasiyanı CNN televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb. Televiziya Renkin belə addım atmasına Trampın Paris iqlim müqaviləsindən çıxmasının səbəb olduğunu bildirib.

Qeyd edək ki, Renk bu vəzifəni ABŞ Prezidenti Barak Obamanın dövründən idarə edir. Məhz o, bir zamanlar Çinlə Paris müqaviləsi ətrafında danışıqları aparan əsas şəxs olub.

ABŞ Prezidenti Donald Tramp iyunun 2-də ölkəsinin Paris müqaviləsindən çıxdığını bəyan edib.(qaynar)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook