ABŞ səfiri: “Azərbaycan narkotiklərlə mübarizədə dünya lideridir”
Aprel 15
11:44
2019
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer beynəlxalq təhlükəsizliyin təminatı, həmçinin narkotiklərin yayılması ilə mübarizədə Bakının töhfəsini qeyd edir.
Virtualaz.org "İnterfaks"a istinadən xəbər verir ki, onun sözlərinə görə, narkomaniya ilə mübarizə "yaxınlarımız və tanışlarımızım həyatına son qoyan ölümcül silahla mübarizədir”.
"Hələ 2000-ci ildə Azərbaycan beynəlxalq koalisiyaya qoşularaq sabitliyin təminatı məqsədilə Əfqanısatana öz hərbçilərini göndərdi. O cümlədən, Bakı Əfqanıstana yükdaşımaların həyata keçirilməsi üçün marşrutlar təqdim edib”, - səfir vurğulayıb.
Ö.Litzenberqer qeyd edib ki, ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
"Azərbaycan beynəlxalq terrorçuluqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ-ın mühüm tərəfdaşıdır. Tərəfdaşlığımız yalnız inkişaf edəcək, biz narkotiklərlə mübarizə sahəsində daha səmərəli üsullar yaratmaq niyyətindəyik”, - diplomat bildirib.
Qlobal.az