SON XƏBƏR

ABŞ Rusiyaya bu gün sanksiya tətbiq edə bilər

Mart 02
10:24 2021
ABŞ hökuməti martın 2-də Rusiyaya qarşı yeni sanksiyaları elan edə bilər. Yeni məhdudlaşdırıcı tədbirlər müxalifətçi Aleksey Navalnı ətrafında baş verən vəziyyətlə əlaqədardır. 

Qlobal.az bu barədə "Reuters”ə istinadən xəbər verir. Məlumata görə, məhdudiyyətlər 1991-ci il Kimyəvi və Biyoloji Silahlara Nəzarət Qanununa əsasən tətbiq ediləcək və digər fərmanlarla tamamlanacaq. Sənədlər Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq olunma ehtimalını nəzərdə tutur.

Bir gün əvvəl Dövlət Departamenti Navalnı ilə bağlı vəziyyəti "təxirəsalınmaz məsələ" adlandırıb. Dövlət Departamentinin sözçüsü Ned Prays bununla bağlı deyib: "Vaşinqtonun Aleksey Navalnı ilə vəziyyəti təcili prioritet olaraq görür, ABŞ hökuməti isə bu mövzuda mövqelərini Avropa tərəfdaşları ilə sıx əlaqələndirir. Rusiya Federasiyası ilə əlaqəli hansı addımların atılacağını müəyyənləşdirmək üçün koordinasiyaya ehtiyac var”.

Daha əvvəl CNN Ağ Evdəki mənbələrə istinadən bu həftə Bayden rəhbərliyinin Avropa Birliyi ilə koordinasiya edərək Moskvaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırdığını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook