SON XƏBƏR

ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaları qəbul etdi

İyul 26
13:31 2017
ABŞ höküməti prezident Donald Trampın etirazına baxmayaraq Rusiyaya qarşı sanksiyaları qəbul etdi. Bundan əlavə İran və Şimali Koreya əleyhinə də yeni qərarlar qəbul edilib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya qarşı sanksiyaların səbəbləri arasında ABŞ-dakı seçkilərə müdaxilə iddiası, Ukraynanın şərqinə müdaxiləsi, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi kimi səbəblər var. İran və Şimali Koreya isə nüvə və ballistik silah proqramlarına görə təzyiqlərə məruz qalacaq. 
 
ABŞ xarici işlər naziri Reks Tillerson bu sanksiyalara və Donald Trampın sanksiyalara müdaxiləsinə qoyulan qadağaya qarşı çıxmışdı. 
 
Qeyd edək ki, sanksiyaların qəbulundan sonra Rusiyadan ilk açıqlama gəlib. Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov açıqlama verərək bundan əvvəl də sanksiyalara məruz qaldıqlarını, rəsmi Vaşinqtonun təhlükə mənbəyi olduğunu və ABŞ-ın cavaba hazır olmalı olduğunu deyib.
 
Prezident Tramp isə Rusiya əleyhinə qərarların qəti əleyhinədir. Qərar ABŞ təmsilçilər məclisində keçirilən səsvermədə 419 səslə qəbul edilib və Trampın bu qərara müdaxilə etmək hüququ məhdudlaşdırılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook