SON XƏBƏR

ABŞ növbəti dəfə "Deutsche Bank"ı cərimələyib

Aprel 22
00:15 2017
ABŞ Fedreal Ehtiyat Sistemi (FED) Almaniya "Deutsche Bank"ına daha bir cərimə yazıb.
 
"Report" "Vestifinance" agentliyinə istinadən xəbər verir ki, bu dəfə cəriməyə səbəb valyutadəyişmə qaydalarını pozmaq və "Volker" prinsiplərinə əməl etməmək amilləri olub. Qeyd edək ki, "Volker" qaydaları ABŞ-da fəaliyyət göstərən banklara öz hesablarına qiymətli kağızlarla əməliyyat aparmağı qadağan edir.
 
Xatırladaq ki, bundan əvvəl FED "Deutsche Bank"ı 2008-ci il maliyyə böhranı öncəsi qiymətli kağızlarla manipulyasiya etdiyi üçün 7,2 mlrd. dollar cərimə edib. İttihamları aradan qaldırmaq üçün bank 3,1 mlrd. dollar, amerikalı müştərilərə vurduğu ziyana görə isə 4,1 mlrd. dollar cərimə ödəyib.
 
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook