SON XƏBƏR

ABŞ müdafiə naziri Mattis Şoyquya cavab verməyi “lazım bilmir”

Fevral 17
10:51 2017
ABŞ-ın müdafiə naziri Jim Mattis deyib ki, "NATO ilə hər hansı bir şəkildə əməkdaşlığa qayıtmaq” üçün Moskva əvvəlcə "özünü doğrultmalıdır”.
 
AzadlıqRadiosu yazır ki, NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən ikigünlük yığıncağının sonunda verilmiş bu bəyanat Qərb paytaxtlarında Trump administrasiyasının Rusiya üzərinə təzyiqi azaldacağına dair narahatlıqları bir qədər səngidib.
 
Mattis deyib ki, "Rusiya da planetdəki bütün başqa yetkin ölkələr kimi beynəlxalq qanunlara uyğun yaşamağı öyrənməlidir”.
 
Fevralın 16-da keçirilən yığıncağın yekununda ABŞ müdafiə naziri deyib ki, NATO-nun siyasi liderləri Moskva ilə ortaq məxrəc tapmağa çalışacaqlar, lakin indiki halda "biz Rusiya ilə hərbi səviyyədə əməkdaşlıq edə bilməyəcəyik”.
 
Rusiya Krımı ilhaq etdikdən sonra NATO Moskva ilə bütün hərbi əlaqələri kəssə də, siyasi kanalları açıq saxlayıb.
 
Eyni gündə Bonn şəhərində keçirilən görüşdə ABŞ dövlət katibi Rex Tillerson da özünün rusiyalı həmkarı Sergey Lavrova deyib ki, Moskva Ukraynanın şərqindəki zorakılıqların dayandırılması üçün Minsk razılaşması üzrə üzərinə düşən öhdəliyə əməl etməlidir.
 
Övladlarımızın azadlığı
 
Rusiyanın müdafiə naziri Sergey Şoyqu general Mattisin bəyanatına acıqlı reaksiya verərək deyib ki, Rusiya Pentaqonla münasibətlərin yaxşılaşdırılmasına hazırdır, lakin Vaşinqtonun Moskva ilə "güc mövqeyindən danışmaq cəhdləri iflasa uğrayacaq”.
 
Christian Science Monitor qəzetinin məlumatına görə, jurnalistlər general Mattis-ə Şoyqunun onun bəyantına reaksiyası barədə xəbər verəndə, ABŞ müdafiə naziri deyib ki, o ümumiyyətlə reaksiyaya reaksiya verməyə borclu deyil.
 
"Mən Rusiya bəyanatına reaksiya verməyə heç ehtiyac görmürəm, – deyib Mattis, – NATO həmişə hərbi güc və ovladlarımıza ötürmək niyyətində olduğumuz demokratiya və azadlıqların qorunması mövqeyindən çıxış edib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook