SON XƏBƏR

ABŞ konqresmenlərinin Azərbaycana səfərinin təşkilində saxtakarlıq etmiş FETÖ-çunun məhkəməsi keçiriləcək

Fevral 11
11:43 2019
2018-ci ildə Ermənistandan ABŞ-a ekstradisiya edilən FETÖ üzvü Kamal Oksüzün bu gün Vaşinqtonda məhkəməsi keçiriləcək.

FETÖ lideri Fətullah Gülənin yaxın adamlarından sayılan Oksüz 2018-ci ilin avqust ayında Ermənistanda həbs olunaraq ABŞ-a təhvil verilib.

SalamNews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Oksüzə qarşı beş maddə üzrə ittiham irəli sürülüb.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən hazırlanan iddianamə deyilir ki, Oksyüz 2013-cü ildə bir qrup konqresmenin Azərbaycana səfərinin maliyyələşdirilməsi ilə bağlı ABŞ Konqresinin etik qaydalarını pozub. ABŞ hüquq-mühafizə orqanları onu Konqresin etika palatasına saxta bəyannamə təqdm etməkdə və sənədləri saxtalaşdırmaqda ittiham edir.

Qeyd edək ki, Kamal Öksüz Fətullah Gülənə bağlı FETÖ terror təşkilatının əsas üzvlərindən biridir və bir neçə il əvvələ qədər Hyustonda "Azərbaycanın Dostları Assosiasiyası”ına başçılıq edirdi. Habelə o, Türk Amerikan Alyansı və ona bağlı "Turquoise Council for Americans and Eurasians” adlı təşkilatlara da başçılıq edib.

Öksüz Texasda yerləşən "TDM Contracting” şirkətinin də sahibi olub. Həmin şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

2013-cü ildə Öksüz bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil etmişdi. Həmin səfərlərə görə qalmaqal yarandı və Konqresin etika komissiyası konqresmenlər barəsində araşdırma başlatdı və bundan sonra o, ABŞ-dan qaçdı.

Bu şəxs Türkiyədə 15 iyul çevrilişə cəhdin əsas təşkilatçılarından biri Adil Öksüzün yaxın qohumudur. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook