SON XƏBƏR

ABŞ kəşfiyyatı 150 ölkədə 200 min kompüterə virus salıb - Microsoft

May 16
10:13 2017
FaktXəbər-in verdiyi məlumata görə, ABŞ kəşfiyyatı 150 ölkədə 200 min kompüterə virus salmağı bacarıb. Bu açıqlama ilə Microsoft rəhbərliyi çıxış edib.

Microsoftdan açıqlanıb ki, dünya ölkələrində yayılan "WannaCry" virusunun müəllifi ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) və Mərkəzi Kəşfiyyat İdarəsidir (MKİ).

Mövzu ilə bağlı çıxış edən Ağ Ev rəhbərinin daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Bossert deyib ki, insanlar baş verənlərə adi yanaşmalı və bilməlidir ki, vəziyyət bizim nəzarətimizdədir.

Microsoft prezidenti Bred Smit isə mövcud vəziyyət barədə bildirib ki, "WannaCry" virusunun yayılması Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinə öz maraqlarına uyğun proqram təminatında məlumatlar toplamaq imkanı yaradıb.

Fransanın milli informasiya təhlükəsizliyi agentliyinin rəhbəri Qiy Puparın fikirncə, bu hələ başlanğıcdır və virus daha da geniş yayılacaq: "Bu, qeyri-adi təcavüzkar hücumdur. Virus çox sürətlə yayılır. Əgər şəbəkədəki bir kompüterə düşmüş olsa, onda bütün şəbəkəni iflic edəcək". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook