SON XƏBƏR

ABŞ Kəşfiyyat İdarəsi Covid-19-un necə ortaya çıxdığını açıqladı

May 01
11:22 2020
"Koronavirusu insan yaratmayıb və genetikası üzərində heç bir dəyişiklik aparılmayıb".

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Kəşfiyyat İdarəsi açıqlayıb. Aparılan tədqiqatlar nəticəsində virusun süni şəkildə yaradıldığına dair fakta rast gəlinmədiyi bildirilib. Həmçinin qeyd olunub ki, epidemiyanın yoluxmuş heyvanlarla təmas yolu ilə və ya Çində bir laboratoriyada baş vermiş qəza nəticəsində ortaya çıxıb çıxmadığı isə araşdırılır.

Qeyd edək ki, daha öncə ABŞ administrasiyası Covid-9 infeksiyasının yayılmasına görə dəfələrlə Çini ittiham edib. Hətta ABŞ dövlət katibi Mayk Pompeo Uhandakı vəhşi heyvan bazarının viroloji laboratoriyaya çox yaxın olduğunu deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook