SON XƏBƏR

ABŞ İtaliyanın TAP layihəsində iştirakını yüksək qiymətləndirir - Dövlət Departamenti

İyun 11
10:45 2018
Amerika Birləşmiş Ştatları Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsində İtaliyanın iştirakını yüksək qiymətləndirir.

Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

Departamentdən İtaliyanın yeni hökumətinin TAP layihəsinə yenidən baxılması ilə bağlı bəyanatını şərh edərkən deyiblər:

"ABŞ İtaliyanın Transadriatik boru kəməri layihəsində iştirakını və dəstəyini yüksək qiymətləndirir. Biz İtaliyanın bu layihənin yekunlaşmasına kömək məqsədilə səylərini alqışlayırıq".

Qeyd edək ki, bir müddət əvvəl İtaliyanın ətraf mühit naziri Sercio Kosta İtaliyanın TAP və digər iri layihələrdə iştirakına yenidən baxılacağını deyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook