SON XƏBƏR

ABŞ İŞİD-in paytaxtı uğrunda döyüşə qatıldı

İyun 07
00:23 2017
Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında ABŞ helikopterləri və dəniz piyadaları korpusunun birləşmələri iştirak edirlər.
 
"RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun nümayəndəsi Ceff Devis bildirib. Onun sözlərinə görə, əməliyyatlarda əsasən "Apache” hücum helikopterləri iştirak edir.
 
Bundan əvvəl bildirilmişdi ki, Suriya müxalifəti alyansının "Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr - red.) Rəqqa şəhərinə daxil olublar.
 
Suriya müxalifətinin dəstələri Rəqqaya şərq istiqamətindən daxil olublar.
 
Qeyd edək ki, Rəqqa 2013-cü ildən İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook