SON XƏBƏR

ABŞ İrana yeni sanksiya tətbiqinə çağırır

Mart 08
10:06 2019
Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasını İrana yeni sanksiyalar tətbiq etməyə çağırıb, son ballistik raket sınağı və iki peykin buraxılmasını bu qurumun qətnamələrini pozduğunu deyib.

ABŞ-ın BMT-də səfir əvəzi Jonathan Cohen martın 7-də qurumun baş katibi Antonio Guterres-ə məktubunda "İranın sabitsizlik yaradan fəaliyyəti”ni pisləyib, Tehranı "nüvə silahları daşımağa qadir ballistik raketlərlə bağlı bütün fəaliyyəti dərhal dayandırmağa” çağırıb.

Bəyanatda BMT-nin 2015-ci ildə çıxardığı qətnamə yada salınır. Həmin qətnamə İranı səkkiz il ərzində nüvə silahları daşımağa qadir ballistik raket sınaqlarından çəkinməyə çağırıb.

ABŞ Prezidenti Donald Trump ötən il nüvə sazişindən çıxıb, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Britaniya, Fransa, Almaniya, Çin və Rusiya isə nüvə sazişini qorumağa çalışırlar.

İranın BMT-dəki missiyasının sözçüsü Alireza Miryousefi isə Tehranın nüvə silahları daşıya bilər ballistik raketi olmadığını deyib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook