SON XƏBƏR

ABŞ-ın raket əleyhinə raketi sıradan çıxıb – Yaşayış rayonuna düşüb

Mart 27
10:37 2018
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında Amerika Birləşmiş Ştatlarının (ABŞ) istehsalı olan «Petriot RAS-2 SAM» raket əleyhinə müdafiə kompleksinin MİM-104S raket əleyhinə raketləri sıradan çıxıb. Bu barədə «The Aviationist» nəşri yazıb

Nəşrin məlumatına görə, ballistik raketlər uğurla «tutulub», amma bu zaman ən azı iki ədəd raket əleyhinə raket sıradan çıxıb – onlardan biri atışdan dərhal sonra havada partlayıb, digəri isə yaşayış zonasına düşüb.
 
Səudiyyə koalisiyasının nümayəndəsi xəbər verib ki, yaşayış rayonuna ABŞ raketi yox, Yəmən tərəfdən atılan mərmilərin qırıqları düşüb. Bundan əvvəl xəbər verilmişdi ki, insident nəticəsində həlak olan var.

Jurnalistlər insidentin sosial şəbəkədə dərc olunmuş videoyazısına diqqət yetiriblər. Kadrlardan görünür ki, sıradan çıxan raket videoçəkiliş aparılan dükanın yaxınlığına düşür.

Bu, çox ciddi qüsurdur və iki düşmən raketinin maneəsiz hədəfə yetişməsi deməkdir, xüsusilə də o zaman ki, raketlərin daşıdığı nüvə başlığı ola…



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook