SON XƏBƏR

ABŞ-ın İrana qarşı sanksiyalarının 2-ci mərhələsi start götürdü

Noyabr 05
10:26 2018
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların 2-ci mərhələsi bu gün qüvvəyə minir.

Qaynarinfo xəbər verir ki, may ayında prezident Donald Tramp İranla imzalanmış nüvə sazişindən imtina edəndən sonra sanksiyalar iki mərhələdə, 7 avqust və 5 noyabrda yenidən bərpa edilib. Yeni sanksiyalar ölkənin neft, daşınma və bank sektorunu hədəfə alıb. Sanksiya siyahısında 700 nəfərin adı da var. ABŞ-ın baş katibi Mayk Pompeo bildirib ki, 100-dən çox nəhəng şirkət ABŞ-ın bu addımı səbəbilə İranı tərk edib.

Qərarın səbəbi kimi İranın kiber hücumları, ballistik raket sınaqları, terror qruplarına verdiyi dəstək və Yaxın Şərqdə yürütdüyü siyasət göstərilir. 

Qeyd edək ki, sanksiyalar səbəbilə İranın 2,5 milyon barel neft ixracatı oktyabr ayında 1,6 milyon barelə enib. Həmçinin bu ölkənin polad, alüminium, kömür, qiymətli daşlar, avtomobil ticarətinə də böyük məhdudiyyətlər tətbiq edilib. Tramp ötən günlərdə İrana nüvə sazişindən əvvəl qoyulan bütün ticarət qadağalarının yenidən qüvvəyə minəcəyini açıqlamışdı.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook