SON XƏBƏR

ABŞ-ın İran düşmənçiliyinin əsl səbəbi budur - Xamenei

May 10
13:41 2018
Trampın çıxışı yalandır.

Axar.az xəbər verir ki, bunu Tehranın Ferhengiya Universitetində çıxışı zamanı İranın Ali dini lideri Əli Xamenei deyib.

"ABŞ prezidenti çıxışında 10-dan çox yalan dedi. Həm nizamı, həm də İran millətini təhdid etdi. Mən İran milləti tərəfindən onun qələt etdiyini deyirəm.

Nüvə məsələsinin bir bəhanə olduğunu gördünüz. Bu məsələ ilk dəfə başlayanda bəzi dostlar "nüvə məsələsi üzərində niyə bu qədər dayanırsınız” deyirdilər, amma indi bu düşüncənin nə qədər yanlış olduğunu görürsünüz. ABŞ-ın İranla problemi daha böyükdür, nüvə enerjisi sadəcə bəhanədir. Biz anlaşmanı qəbul etsək də onların bizə qarşı düşmənçiliyi bitmədi. ABŞ-ın bizə qarşı olmasının səbəbi bizim onların İrandakı varlığına son qoymağımızdır”, – deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook