SON XƏBƏR

ABŞ-ın dövlət katibi Azərbaycan xalqını təbrik etdi: "Sizinləyik"

May 28
13:21 2020
ABŞ Dövlət Departamentinin rəsmi saytında dövlət katibi Mayk Pompeonun 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik məktubu dərc olunub. 

Təbrikdə deyilir:

"Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan Respublikası xalqını Respublika Günü münasibətilə təbrik edirəm.

Demək olar ki, 30 ildir Birləşmiş Ştatlar və Azərbaycanın mühim əməkdaşlıq münasibətləri var. Biz təhlükəsizlik, energetika və iqtisadi inkişaf, həmçinin insan haqlarının müdafiəsi və fundamental azadlıqlar kimi vacib məsələləri ilə məşğuluq. İstər Əfqanıstandakı kimi çiyin-çiyinə əmin-amanlığın bərqərar olunması, istərsə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyinin möhkəmlənməsi yönündə müştərək işimizdə bizim iki ölkəmiz dünyanın ən kəskin problemlərinin həllində əməkdaşlığı davam etdirir.

Minsk qrupunun həmsədri ölkəsi olaraq Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır.

COVID-19 pandemiyası dünyaya misilsiz çağırışlar etsə də, əminəm ki, Azərbaycan xalqı onları cəsarət və qətiyyətlə qarşılayacaq. Birləşmiş Ştatlar sizinlədir və sizin suverenlik və müstəqilliyinizi dəstəkləyir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook