SON XƏBƏR

ABŞ-ın başçılıq etdiyi koalisiya İraqda hərbi əməliyyatları dayandırdı

Yanvar 04
12:38 2020
ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır.

AZƏRTAC xəbər verir ki, bu barədə "Reuters” agentliyi xaricdə hərbi tapşırıqlar üzrə bundesver komandanlığının rəhbəri, general-leytenant Erix Pfefferin məktubuna əsasən məlumat yayıb.

Məktubda qeyd olunub ki, ABŞ-ın general-leytenantı Pet Uayt "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.
 
"Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb", - deyə E.Pfeffer bildirib.
 
O əlavə edib ki, göstərişə əməl etmək ölkənin İraqdakı poliqonlarda əməliyyat çərçivəsində iştirak edən bütün tərəfdaşları üçün zəruridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook