SON XƏBƏR

ABŞ-ın baş prokuroru vəzifəsində qalacağını bəyan edib

İyul 21
11:14 2017
ABŞ-ın baş prokuroru prezidentin tənqidlərinə baxmayaraq, vəzifəsində qalacağını bəyan edib. Donald Tramp Ceff Seşşonsu çiddi şəkildə tənqid edib.
 
Prezident New York Times qəzetinə deyib ki, o, Seşşonsun istintaqdan uzaq duracağını daha öncədən bilsə idi, həmin vəzifəyə başqa bir adam təyin edərdi.
 
Tramp qəzetə bildirib ki, Seşşonsun davranışı "prezidentə münasibətdə ədalətsizlik” idi.
 
Seşşons özünü kənara çəkəndən sonra, onun müavini istintaqı davam etdirmək üçün xüsusi müstəntiq təyin etmişdi. Həmin istintaq həm də, Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri də araşdırır.
 
Tramp bildirib ki, bu istintaq üçün xüsusi müstəntiq təyin edilməməli idi.
 
Senat və Nümayəndələr Palatası komitələri də öz istintaqlarını aparır ("Amerikanın səsi").



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook