SON XƏBƏR

ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır

Avqust 16
01:55 2018
"ABŞ Azərbaycan məhkəməsinin "Respublikaçı Alternativ" (ReAl) Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılması barədə qərarını alqışlayır”. Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Heather Hauertin yaydığı bəyanatda belə deyilir.

"İlqar Məmmədovun məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olmuşdu”, - deyə sənəddə daha sonra bildirilir.

Qeyd edək ki, Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun cəzasının çəkilməmiş qalan hissəsini, ölkəni tərk etməmək şərti ilə şərti cəza ilə əvəz etmək barədə qərar qəbul edib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook