SON XƏBƏR

ABŞ generalı Atatürkü göylərə qaldırdı

Aprel 29
13:44 2017
Mən bir hərbçi olaraq, Atatürkün böyük heyranıyam. O, inanılmaz bir lider idi.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun təqaüddə olan generalı Uesli Klark deyib.
 
"Atatürk fikir adamı, strategiya mütəxəssisi olmaqla yanaşı, güclü iradəyə sahib bir komandir idi. Çörçillin 1914-cü ildə başlatdığı işğal planını dayandıran nadir şəxs idi. Təsəvvür edin, bunu yalnız bir adam dayandırdı - Atatürk. O, əsgərlərinə döyüşməyi, ölməyi əmr etdi və özü də onlarla birlikdə cəbhədə qaldı. Bütün bunlar çox cəsarətli addımlar idi. Belə liderlər dünyaya bir-iki dəfə gəlir. Bəlkə də bir də Yer üzünə Atatürk kimi lider gəlməyəcək. Məncə, Atatürk 20-ci əsrin ən böyük şəxsiyyətlərindən biridir”, - Klark bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook